Serxio Ramos: "Biz meydanda danışırıq"

"Real"ın futbolçusu Serxio Ramos Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab qarşılaşmasında "Bavariya" ilə 2:2 hesablı heç-heçə etdikləri görüşdən sonra açıqlama verib.

Newsport.az xəbər verir ki, kapitan komandanın hakim köməkliyilə finala qədər irəliləməsi söhbətlərinə belə reaksiya verib:

"İnsanları rahat buraxın, qoy, danışsınlar. Biz meydanda danışırıq. Finala çıxa biləcəyimizə inanırdıq. Gəlin, bunun dadını çıxaraq. "Real"ın damarlarından axan qan sizi sona qədər döyüşməyə məcbur edir. Komanda ruhu və bütün gücü ilə oynadı".

Ramos finala çıxmağa layiq olduqlarını deyib:

"Bavariya sərt komandadır. Sona saniyəyə kimi əzmkarcasına oynadılar. Çətinlik çəkdik, amma finala biz layiq idik".

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right