“Milan” üçün şad xəbər

“Milan”ın müdafiəçisi Alessio Romanyoli zədəsini bərpa edib.

Newsport.az-ın məlumatına görə, 23 yaşlı futbolçu bu gün komanda şəklində məşqə qatılıb. Artıq həftə sonu Romanyolinin “Verona” ilə oyunda yaşıl meydana qayıtmaq ehtimalı var.

Lakin mayın 9-da İtaliya kuboku çərçivəsində keçiriləcək final görüşündə Romanyolinin “Yuventus”a qarşı görüşdə forma geyəcəyi dəqiqdir. 

Qeyd edək ki, Alessio cari mövsüm “A” seriyasında meydana çıxdığı 25 oyunda 2 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right