"Valensiya"onun üçün 25 milyon avro ödəyəcək

"Valensiya" hüququ İnterə məxsus olan Joffre Kondoqbianı almaq qərarına gəlib.

Newsport.az xəbər verir ki, İspaniya təmsilçisi bu barədə İnterə rəsmi məlumat göndərib. "Valensiya" 25 yaşlı futbolçu üçün İnterə 25 milyon avro ödəyəcək. Bundan sonrakı satış zamanı İnterə müəyyən qədər vəsait ödəniləcək.

Lakin italyan klubu bu bonusdan imtina edərək Valensiyanın müdafiəçisi Kanselunu heyətinə qaya bilər.

İnter 23 yaşlı futbolçu üçün 35 milyon ödəməlidir. Lakin FİFA-nın qadağasına görə bunu mayın 31-ə qədər edə bilməz. Bu səbəbdən də onlar Valensiyaya güzəştə gedərək məbləği iyun ayından sonra ödəmək niyyətinədirlər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right