"Çelsi"ni çalışdıracaq şəxs bəlli olub

İtaliya A Seriyasında "Yuventus"la çempionluq uğrunda mübarizə aparan "Napoli"nin baş məşqçisi Mauritsio Sarri ilə bağlı yeni iddia ortaya atılıb.

Newsport.az xəbər verir ki, İtaliya mətbuatında mövsümün sonunda Antonio Konte ilə yollarını ayıracağı gözlənilən "Çelsi"nin Sarri üçün hərəkətə keçdiyi qeyd edilib.

Məlumata görə, Sarinin a  bir genti neçə gün öncə "Çelsi" ilə görüşmək üşün Londonda olub. Xəbərdə Napoli ilə 2020-ci ilədək müqaviləsi olan mütəxəssisin 8 milyon avroya sərbəst qalacağı vurğulanıb.

Qeyd edək ki, 59 yaşlı mütəxəssis 2015-ci ildən "Napoli"ni çalışdırır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right