Millimizin üzvü oynad;? komandas; b'rab'r' qald;

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Fərid Nəbiyev Gürcüstanın “Şevardeni” komandasında növbəti oyununa çıxıb.

Newsport.az xəbər verir ki, Gürcüstan 2-ci liqasının 9-cu turunda doğma meydanda Tiflis “Qaqra”sı ilə qarşılaşan həmyerlimizin komandası bu matçdan heç-heçə ilə ayrılıb - 2:2.

Fərid start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib.

Qeyd edək ki, geridə qalan turlarda 6 oyunda forma şansı qazanan Fərid indiyə qədər 2 qol vurub, 2 məhsuldar ötürmənin müəllifi olub.

 

9 turdan sonra hesabında 12 xal olan “Şevardeni” 10 komanda arasında 7-ci pillədə qərarlaşıb.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right