FIFA dünya çempionatında yer alacaq 13 VAR hakimini açıqladı

FIFA dünya çempionatında VAR (Video assisant referee) sistemində yer alacaq 13 hakimin adını açıqlayıb.

Newsport.az-ın məlumatına görə, Rusiyanın 14 iyun - 15 iyul tarixlərində ev sahibliyi edəcək 21-ci mundialda UEFA-dan daha çox hakim təyinat alıb.

UEFA: Massimiliano İrrati, Daniele Orsato, Paolo Valeri (Hamısı İtaliya), Bastian Dankert, Feliks Zvayer (hər ikisi Almaniya), Artur Dias, Tyaqo Bruno Lopeş (hər ikisi Portuqaliya), Denni Makkelie (Hollandiya), Pavel Qil (Polşa).

Cənubi Amerika Konfederasiyası (CONMEBOL): Vilton Sampaio (Braziliya), Qeri Varqas (Boliviya), Mauro Vilyano (Argentina).

Asiya Futbol Federasiyası (AFC): Əbdülrəhman Əl Jassim (Qətər).

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right