Cüneyt Çakır Çin çempionatının oyunlarını idarə edəcək

Son vaxtlar futbola xeyli vəsait xərcləyən Çin məşqçi və futbolçulardan sonra hakim transferinə də başlayıb.

Newsport.az-ın məlumatına görə, Çin Futbol Federasiyası türkiyəli məşhur referi Cüneyt Çakıra cəlbedici təklif göndərib.

42 yaşlı hakim buna müsbət reaksiya verib. Məsələ rəsmiləşəcəyi təqdirdə, o, növbəti mövsüm Çin Super Liqasındakı oyunları idarə edəcək və Türkiyədəki qarşılaşmalara təyinat almayacaq.

Hakim transferini ilk dəfə Səduiyyə Ərəbistan Futbol Federasiyası reallaşdırıb. Bu qurum ötən il məşhur ingiltərəli referi Mark Klattenburqla razılıq əldə edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right