İranda maraqlı hadisə qadınlar kişi cildində stadiona daxil oldular

Qanun pozulmaq üçündür. İranda qadınların stadiona girişi qadağa olsa da, xaınmlar bunun çıxış yolunu tapıblar.

 

Newsport.az xəbər verir ki, zərif cinsin nümayəndələri "Persepolis"in çempionluq oyununu stadionda izləmək üçün maraqlı addım atıblar. Xanımlar kişi qiyafətində tribunalara getməyi bacarıblar. Bığ, saqqal qoyan qadınlar kişi paltarı geyməklə polisin nəzarətindən yayınmağı bacarıblar. Xanım azarkeşlərin fotoları sosial şəbəkələrdə yayılıb və böyük marağa səbəb olub.

 

Qeyd edək ki, "Persepolis" "Sepidrood"u 3:0 hesabı ilə məğlub edərək çempion olub.

 

Əlavə edək ki, İranda bir çox idman saraylarına qadınların girişinə qəti şəkildə qadağa qoyulub. Səudiyyə Ərəbistanıda isə bu qadağa ötən il götürülüb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right