Kavani İbrahimoviçi geridə qoydu

PSJ-nin hücumçusu Edinson Kavani klubun tarixinə düşüb.

 

Newsport.az xəbər verir ki, Fransa I Liqasının 35-ci turunda “Genqam”la oyunda (2:2) dubl imza atan uruqvaylı futbolçu çempionatdakı 115-ci qolunu vurub. Bununla da Kavani Zlatan İbrahimoviçin 113 qolluq rekordunu yeniləyərək Fransa Liqasında ən çox qol vuran PSJ-li futbolçu adına yiyələnib.

 

Qeyd edək ki, Kavani 2013-cü ildə “Napoli”dən PSJ-yə keçib.

 
 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right