La Liqanın qalibi - "Barselona"!

İspaniya La Liqasında 35-ci tura start verilib.

Newsport.az-ın məlumatına görə, turun ilk oyununda “Levante” “Sevilya”nı qəbul edib. Üç qolun qeydə alındığı matçda meydan sahibləri qələbəni bayram edən tərəf olub.

Şənbə günü "Real" doğma meydanda "Leqanes" üzərində qələbəyə sevinib.

Lider “Barselona” bazar günü meydana çıxıb. Kataloniya təmsilçisi “Deportivo”nun qonağı olub. “Göy-qırmızlar” La Korunyadakı matçdan 3 xalla ayrılsa, çempionluğunu vaxtından öncə rəsmiləşdirəcəkdi. Belə də olub. Altı qolluq qarşılaşmada Messi het-triklə yadda qalıb. "Barselona" isə tarixində 25-ci çempionluğunu bayram edib.

“Barsa” qalib gəlməsə belə, bu tur çempionluğunu rəsmiləşdirə bilərdi. Bunun üçün “Atletiko” “Alaves” səfərindən qələbə ilə qayıtmamalıydı. Amma Madrid təmsilçisi də turu qələbə ilə başa vurub.

 

"Deportivo" - "Barselona" - 2:4
Qollar:
 Koutinyo, 7 (0:1), Messi, 38 (0:2), Peres, 40 (1:2), Emre, 64 (2:2), Messi, 82 (2:3), 85 (2:4)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right