Millimizin üzvü oyunu ehtiyatdan izlədi

Türkiyə Super Liqasında 31-ci turun oyunları keçirilir.

Newsport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Gənclərbirliyi” səfərdə “Sivasspor”la üz-üzə gəlib. Dənizin komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.

Millimizin üzvü oyunu sonadək ehtiyat oyunçular skamyasından izləyib.

Qeyd edək ki, “Gənclərbirliyi” geridə qalan turlarda topladığı 30 xalla 18 iştirakçı arasında 17-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right