Eddi İsrafilov oynamadı, komandası məğlub oldu

İspaniya Birinci Divizionunda (Sequnda) 37-ci turun oyunları baş tutub. 

Newsport.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Alkorkon” səfərdə “Sevilya Atletiko” ilə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.

Millimizin üzvünun adı qarşılaşmanın iştirak ərizəsinə də salınmayıb.

Qeyd edək ki, “Alkorkon" geridə qalan turlarda 43 xal toplayıb və hazırda 22 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right