"Qarabağ" 3 xalı 3 qolla qazandı

Futbol üzrə Avstriyanın Şərq Regional Liqasında 29-cu turun oyunları baş tutub. 

Newsport.az xəbər verir ki, azərbaycanlı futbolçular Dmitri Nağıyev, Elvin Bədəlov və Emil Fərzəliyevin çıxış etdikləri Vyana “Qarabağ”ı doğma meydanda “Şvexat”la qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 3:0.

Emil və Dmitri bu görüşün iştirakçısı olmayıb. Elvin isə yenə start heyətdə meydana və sonadək oynayıb.

Qeyd edək ki, “Qarabağ” hazırda 44 xalla 16 komanda arasında 5-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right