Ufuk Budaksız "Samsunspor" məğlub oldu

Türkiyə TFF 1-ci liqasında 33-cü turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, millimizin müdafiəçisi Ufuk Budakın formasını geyindiyi “Samsunspor” səfərdə “Girəsunspor”la qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.

Ufuk bu görüşün iştirakçısı olmayıb. Uzun müddət idi zədədən əziyyət çəkən millimizin üzvü ilk dəfə bu matçın iştirak ərizəsinə daxil edilsə də, sonadək ehtiyatda qalıb.

“Samsunspor” hazırda 35 xalla 18 klub arasında 16-cı pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right