İnyesta gələn ay "Barselona"dan ayrılır Rəsmi

Andres İnyestanın “Barselona”dan ayrılacağı vaxt açıqlanıb. 

Newsport.az xəbər verir ki, bu haqda futbolçunun özü məlumat verib. Belə ki, yarımmüdafiəçi jurnalistlərə verdiyi açıqlama zamanı bu qərarı verə bilmək üçün çox düşündüyünü bildirib: 

“Barselona”da son mövsümümdür. Bu qərarı vermək üçün çox düşündüm. "Barsa" mənə hər şeyi verən dünyanın ən yaxşı klubudur”. 

Çinin “Çuntsin Lifan” klubu ilə 3 illik müqavilə bağlayan İnyesta gələn ayın sonu komandanı tərk edəcək. 

Qeyd edək ki,  2001-ci ildən "Barselona"da çıxış edən İnyesta bu klubla 31 mükafat qazanıb. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right