“Real” onu itirdi - “Bavariya” ilə cavab oyununu buraxacaq

“Real” ciddi itki ilə üzləşib.

Newsport.az-ın məlumatına görə, “kral klubu”nun müdafiəçisi Dani Karvahal sıradan çıxıb.

Çempionlar Liqasının yarımfinal mərhələsinin “Bavariya” ilə səfər görüşündə zədələnən müdafiəçi 2-3 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Baldırından zədə alan Karvahal “Bavariya” ilə cavab oyununu buraxmalı olacaq. Bu barədə məlumatı İspaniyanın “Marka” nəşri yayıb.

"Bavariya” və “Real” arasında Münhendə keçirilmiş ilk matç ispanların 2:1 hesablı qələbəsi ilə nəticələnib. Bu komandalar arasında cavab görüşü mayın 1-də, Madriddə baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right