İspaniya klubunun prezidenti həbs olunub

İspaniyanın "Las Palmas" klubunun prezidenti Migel Anxel Ramires saxtakarlığa görə həbs olunub.

Newsport.az -ın məlumatına görə, klub prezidenti bu gün səhər saatlarında Qran Kanariya hava limanında tutulub.

Biznesmen yerli polis orqanları tərəfindən saxlanılıb. O, 10 milyonlarla avro məbləğində maddi ziyana səbəb olan fırıldaqçılıq və dələduzluqda ittiham olunaraq saxlanılıb. Migel Anxel Ramires aprelin 26-da hakim qarşısında ifadə verəcək.

Qeyd edək ki, "Las Palmas" klubunun İspaniya La Liqasını tərk edəcəyi dəqiqləşib. Komanda 34 turdan sonra 21 xalla 19-cu pillədə qərarlaşıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right