Qalmaqallı İstanbul derbisi ilə bağlı qərar açıqlandı

Türkiyə Kubokunun yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində baş tutan "Fənərbaxça" - "Beşiktaş" matçı ilə bağlı qərar açıqlanıb.

Newsport.az -ın məlumatına görə, Türkiyə Futbol Federasiyası qalmaqallı derbi ilə bağlı qərar verib. Qərara əsasən İstanbul derbisi 3 may tarixində təxirə salındığı 57-ci dəqiqədən etibarən azarkeşsiz davam etdiriləcək.

Qeyd edək ki, derbinin 57-ci dəqiqəsində hesab 0:0 olarkən meydan sahiblərinin azarkeşlərinin davranışlarına görə baş hakim Mete Kalkavan qarşılaşmanı təxirə salmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right