İnyesta daha 2 klubun hədəfində

"Barselona"nın futbolçusu Andres İnyestanı transfer etmək istəyən klubların siyahısına daha ikisi əlavə olunub.

Newsport.az -ın məlumatına görə, "Mançester Siti" və PSJ 33 yaşlı yarımmüdafiəçi ilə maraqlanır. Kataloniya təmsilçisindəki gələcəyi ilə bağlı yekun qərarı qəbul etməyən A.İnyestaya sözügedən klublar təklif göndərməyə hazırdırlar.

Qeyd edək ki, A.İnyesta ilə Çinin 3 klubu - "Tyançzin Çyuançzyan", "Şanxay Şenxua" və "Çunçin Lifan"ın maraqlandığı iddia olunur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right