Arsen Vengeri kim əvəz edəcək?

"Arsenal" rəhbərliyi Arsen Vengerin yerini tutacaq şəxsin seçimində qərara gələ bilmir. 

Newsport.az xəbər verir ki, klubun icraçı direktoru İvan Qazidis komandanın keçmiş kapitanı Mikel Artetanın təyinatını istəyir. Veteran futbolçu hazırda Qvardiolanın köməkçisi olaraq çalışır. 

İdman direktoru Raul Sanlexi isə "Barselona"da birlikdə çalışdığı Luis Enrikeni komandanın sükanı arxasına gətirmək niyyətindədir. 

Londonluların şef skautu Sven Mislintat isə Yulian Nagelsman və ya Domeniko Tedeskonun baş məşqçi təyin edilməsinin lehindədir.

Qeyd edək ki, yaxın günlədə "topçular"ın hazırki baş məşqçisi Arsen Venger klubun rəsmi saytına müsahibəsi zamanı, mövsümün sonunda komandanı tərk edəcəyini açıqlayıb. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right