Cənubi Azərbaycan klubu Sağlamla yollarını ayırır

“Traktorsazi”  Ərtoğrul Sağlamla yollarını ayırır.

Newsport.az -ın məlumatına görə, buna səbəb baş məşqçinin ona olan ümidləri doğrultmamasıdı.

Türkiyəli baş məşqçi bu ilin yanvar ayında Təbriz komandası ilə müqavilə imzalamış, o dövrdə İran liqasında 11-ci sırada olan komandanı daha yuxarı pillələrə qaldırmağı hədəflədiyini bildirmişdi.

Təbrizə gedərkən yüzlərlə azarkeş tərəfindən qarşılanan 48 yaşlı çalışdırıcı söz verdiyi sıçrayışı komandaya yaşada bilmədi.

Liqada 10-cu yerdə qərarlaşan və Asiya Çempionlar Liqasını sonuncu sırada tamamlayan “qırmızı-ağlar” baş məşqçisini dəyişmək qərarına gəlib.

Onlar Ə.Sağlamın yaxşı mütəxəssis olduğunu, lakin İran liqası haqqında kifayət qədər məlumatlı olmadığını bildiriblər. İran liqasında çempionun bəlli olmasına 2 matç qaldı və “Traktorsazi” bu gün evində son matçına çıxacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right