Braziliyalı qapıçı karyerasını başa vurdu

Braziliya millisinin sabiq qolkiperi Julio Sezar karyerası ilə bağlı önəmli qərar verib.

Newsport.az -ın məlumatına görə, 38 yaşlı "çərçivə qoruyucusu" karyerasını başa vurub. Sezar yetirməsi olduğu Braziliyanın "Flamenqo" klubunda son matçını keçirib.

Qeyd edək ki, Julio Sezar 2005-ci ildə "Flamenqo"dan ayrılaraq İtaliyanın "Kyevo" klubuna, daha sonra isə "İnter"ə transfer olmuşdu. Təcrübəli əlcək sahibi karyerasının ən gözəl dövrünü məhz Milan təmsilçisində keçirib. Sezar KPR, "Toronto" və "Benfika"da da çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right