Ulduz futbolçu milli karyerasını başa vurur

Qətərin "Əl-Qarafa" klubunda çıxış edən Uesli Sneyder milli komanda karyerasını başa vurmağa hazırlaşır.

Newsport.az -ın məlumatına görə, təcrübəli futbolçu sentyabr ayında Hollandiya millisinin heyətində son oyuna çıxacaq. "Narıncılar" 6 sentyabr tarixində Peru millisi ilə Sneyderə vida oyunu təşkil edəcək.

Qeyd edək ki, 33 yaşlı futbolçu 2003-cü ildən Hollandiya millisinin şərəfini qoruyur. O, millinin heyətində meydana çıxdığı 133 qarşılaşmada 31 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right