İllik ən çox qazanan futbolçu və baş məşqçiləin adları açıqlanıb

"France Football" nəşri futbolçular və baş məşqçilərin illik məvaciblərini açıqlayıb. 

Newsport.az xəbər verir ki, "Barselona"nın ulduz futbolçusu Lionel Messinin illik qazancı, reklamla birlikdə, toplam 126 milyon avro təşkil edib.

2-ci yerdə isə Messinin əzəli rəqibi "Reaı"ın portuqaliyalı futbolçusu Kriştiano Ronaldo tutub. Onun illik qazancı ümumi olaraq 94 milyon avro təçkil edib. PSG-nin ulduzu Neymarın gəliri 81,5 milyon təşkil edib.

Ən çox qazanan baş məşqçi 26 milyonla Joze Mourinyo olub. Çin millisinin çalışdırıcısı Marçello Lippinin illik gəliri 23 milyon təşkil edib. 3-cü yerdə 22 milyonla Dieqo Simeone qərarlaşıb.Zinəddin Zidanın illik gəliri 21 milyondur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right