Millimizin üzvü komandasına kömək edə bilmədi

Almaniya 2-ci Bundesliqasında 31-ci turun oyunları baş tutub. 

Newsport.az xəbər verir ki, millimizin üzvü Dmitri Nazarovun formasını geyindiyi “Aue” də doğma meydanda millimizin digər üzvü Toğrul Eratın çıxış etdiyi “Duysburq”la üz-üzə gəlib və qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb – 3:1.

Erat bu matçın iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib. Dmitri isə bu görüşə start heyətdə başlayıb və sonadək oynayıb. Komandasının yeganə qolunu da 83-cü dəqiqədə məhz Nazarov vurub.

Qeyd edək ki, hazırda “Aue” 39 xalla 18 kollektiv arasında 13-cü pillədə qərarlaşıbsa, “Duysburq” 41 xalla 10-cudu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right