"Qarabağ"dan növbəti qələbə

Futbol üzrə Avstriyanın Şərq Regional Liqasında 28-ci turun oyunları baş tutub. 

Newsport.az xəbər verir ki, azərbaycanlı futbolçular Dmitri Nağıyev, Elvin Bədəlov və Emil Fərzəliyevin çıxıış etdikləri Vyana “Qarabağ”ı səfərdə “Admira Vakker” klubunun gənclərdən ibarət komandası ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb. (3:2) 

Emil görüşün iştirakçılar ərizəsinə daxil edilməyib. Elvin start heyətdə meydana çıxıb və sonadək oynayıb. Dmitri isə qarşılaşmanın 65-ci dəqiqəsində stadiona daxil olub.

Qeyd edək ki, “Qarabağ” hazırda 41 xalla 16 komanda arasında 5-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right