Julio Sezar futbolçu karyerasını başa vurdu

Braziliyalı qolkiper Juliyo Sezar futbolçu karyerasını başa vurduğunu açıqlayıb.

Newsport.az xəbər verir ki, son olaraq vətənində “Flamingo”nun şərəfini qoruyan 38 yaşlı futbolçu karyerasına futbola başladığı kommandada yekun vurmaq qərarına gəlib.

Braziliya millisində 87 oyuna çıxan oyunçu, milli ilə iki dəfə FIFA Konfederasiyalar Kubokunu, bir dəfə isə Kopa Amerika kubokunu qazanıb.

 2009-2010-cu illər mövsümündə isə “İnter”lə Çempionlar Liqasının finalında kuboku başı üzərinə qaldırıb.  

Qeyd edək ki, Juliyo Sezar futbolçu karyerası boyunca İtaliyanın “İnter”, İngiltərənin “Kuinz Park Reyncers”, Kanadanın “Toronto”, Portuqaliyanın “Benfika” və Braziliyanın “Flamingo” klublarının şərəfini qoruyub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right