Mahmudov üçün 78 dəqiqə

Almaniyanın “Ayntraxt” klubunun U-19 kollektivi gənclər arasında təşkil olunan Bundesliqanın cənub zonasının 24-cü turu çərçivəsində növbəti oyununu keçirib. 

Newsport.az xəbər verir ki, adıçəkilən komanda doğma meydanda “Ştutqart”la qarşılaşıb və görüş “Ayntraxt”ın məğlubiyyəti ilə başa çatıb. (1-3)

“Ayntraxt”dan intizamsızlığına görə kənarlaşdırılan Renat Dadaşov artıq komandasına kömək etmir. Klubda çıxış edən digər futbolçumuz Murad Mahmudov isə görüşə start heyətdə başlayıb və 78-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, keçirdiyi 23 matçdan sonra aktivində 23 xal olan “Ayntraxt” turnir cədvəlinin 12-ci pilləsində qərarlaşır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right