"Barselona" Kral Kubokunu qazandı

Futbol üzrə İspaniya Kubokunun final oyunu keçirilib.

Newsport.az-ın məlumatına görə, həlledici oyunda “Sevilya” və “Barselona” klubları qarşılaşıb. Kataloniya təmsilçisi rəqibini 5 cavabsız qolla məğlub edərək, baş mükafata sahib çıxıb.

Qeyd edək ki, bu, “Barselona”nın Kral Kubokunda 30-cu belə zəfəridi. Kataloniya təmsilçisi bu baxımdan rekorda sahibdi. Onların ən yaxın izləyicisi 23 dəfə bu kuboku qazanmış “Atletik”di. Madrid “Real”ı isə Kral Kubokunu 19 dəfə qazanıb.

İspaniya Kuboku, Final

22 aprel

"Sevilya" – "Barselona" 0:5

Qol: L.Suares, 14; 40. Messi, 31. İnyesta, 52. Koutinyo, 69-pen.

 

 

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right