"Mançester Siti"nin baş məşqçisi Əliyar Ağayevin qərarına münasibət bildirdi

"Mançester Siti"nin 19 yaşlılardan ibarət komandasının baş məşqçisi Saymon Devis  UEFA Gənclər Liqasının yarımfinal mərhələsində "Barselona" ilə qarşılaşmadan sonra 4-5 oyunu idarə edən həmyerlimiz Əlyar Ağayevin verdiyi qərar haqda danışıb. 

Newsport.az xəbər verir ki, azərbaycanlı FİFA referisi Əliyar Ağayev görüşün 36-cı dəqiqəsində İngiltərə klubunun üzvü Lorenso Qonzalesə qırmızı vərəqə göstərib. 

Həmin epizod barədə danışan mütəxəssis hakimin qərarına münasibət bildirib: "Biz həmin epizodun təkrarına baxdıq. Top bizim futbolçumuzda idi və rəqib Lorensoya müdaxilə edirdi. Həmin epzioddan qırmızı vərəqədən söhbət gedə bilməzdi. Hakimin bu qərarı mənim üçün anlaşılmaz oldu".

Qeyd edək ki, "Mançester Siti" - "Barselona" matçında Əliyar Ağayevin köməkçiləri Zeynal Zeynalov və Akif Əmirli olub. Dördüncü hakim funksiyasını Sandro Şarer (İsveçrə) yerinə yetirib.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right