PSJ onun üçün 200 milyon avro ödəməyə hazırdır

PSJ “Real Madrid”in braziliyalı yarımmüdafiəçisi Kazemironu heyətinə qatmaq niyyətindədir.

Newsport.az xəbər verir ki, bu idda ilə məşhur “AS” nəşri çıxış edib. Belə ki, mövsümün sonunda komandadan ayrılacağı söylənilən Tiaqo Mottanın yerini, Paris təmsilçiləri Kazemiroyla doldurmaq niyyətindədirlər. 26 yaşlı futbolçunun sərbəstqalma məbləği 200 milyon avro olmasına rəgmən, fransızların bu məbləği ödəməyə hazır olduğu bildirilir.

PSJ-nin ulduz futbolçusu Neymarı yayda transfer etmək istəyən “kral klubu”nun Kazemironu bu keçid qarşılığında təklif edəcəyi də söylənilir.

Qeyd edək ki, Kazemiro 2013-cü ildən “Real”ın şərəfini qoruyur.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right