Türkiyə prezidenti: " Şenol Günəşə edilən bu hərəkəti bağışlamaq olmaz"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Fənərbaxça" "Beşiktaş" matçında baş verənlər haqda danışıb. 

Newsport.az xəbər verir ki, o, bu kimi xoşagəlməz hadisələrin qarşısının alınmalı olduğunu bildirib: 

“Ölkəmizin ən önəmli məşqçilərindən başına 5 tikiş qoyulur. Buna haqqınız varmı? Xeyr. Bunu edən bilmirəm kimdir, amma inanın ki, bir qism insan özü də nə etdiyini bilmir. Normal birinin bunu etməsi mümkün deyil. Şenol Günəşə edilən bu hərəkəti bağışlamaq mümkün deyil”.

Qeyd edək ki,  “Fənərbaxça” - “Beşiktaş” matçı zamanı baş məşqçi Şenol Günəşin başına yad əşya atılaraq xəstəxanalıq olduğu üçün yarımçıq qalmışdı.Stadionda baş verən hadisələrlə əlaqədar olaraq isə 15 nəfər saxlanılıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right