Andersson İbrahimoviçin arzusunu gözündə qoyd

"Fransada baş tutan Avropa çempionatından sonra Zlatan və daha bir neçə futbolçu millidə oynamaq istəmədiklərini söylədilər. Qərarlarını anlayışla qarşıladım". 

Newsport.az-ın məlumatına görə, bu sözləri İsveç millisinin çalışdırıcısı Yanne Andersson deyib.

Mütəxəssis son açıqlamasında mundiala yollanacağını dilə gətirən İbrahimoviçi Rusiyaya aparmaq niyyətində olmadığını bildirib: "Zlatanın dediklərini ciddi qəbul etmirəm. O, yığmadan gedəndə bu barədə açıq söhbətimiz oldu. Mənə nə istədiyini izah etdi. Mən də razılaşdım. İbrahimoviçlə qarşıdakı mundialla bağlı danışmamışıq. Ümumiyyətlə, Zlatanı millinin heyətində dünya çempionatına aparmağı planlaşdırmırıq. Yalnız onu yox, yığmada oynamaqdan imtina edənlərin heç birini". 

Qeyd edək ki, İsveç dünya çempionatında Almaniya, Meksika və Cənubi Koreya ilə eyni qrupda yer alacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right