Millimiz Xorvatiyaya penaltilərlə uduzdu

Bosniya və Herseqovinada təşkil edilən UEFA İnkişaf turnirində 16 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası bu gün ikinci oyununu keçirib. 

Newsport.az-ın məlumatına görə, Xorvatiyanın müvafiq yaş qrupundan ibarət yığması ilə oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Komandamızın qolunu Alina Nəhmədova vurub. Turnirin əsasnaməsinə uyğun olaraq, qalib penalti seriyasında müəyyənləşib. Zərbələri daha dəqiq yerinə yetirən rəqib 3:2 hesabı ilə qələbə qazanıb.

Yığmamız turnirdə son oyununu aprelin 22-də Bosniya və Herseqovina komandasına qarşı keçirəcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right