Salaha görə oyunlar təxirə salındı

Misir çempionatında bu həftə bazar günü baş tutacaq görüşlərin vaxtı dəyişdirilib.

Newsport.az xəbər verir ki, buna səbəb "Liverpul"un futbolçusu Məhəmməd Salahın İngiltərə Premyer Liqasının ən yaxşı futbolçusu mükafatını alması olacaq. Misirli vinger ən yaxşı oyunçu seçiləcəyini artıq ailəsinə xəbər edib. Bu səbəbdən də federasiya misirli azarkeşlərin mükafatlandırma mərasiminə baxmasına görə, bazar günü baş tutacaq görüşləri başqa vaxta salıb.

Qeyd edək ki, Salah 30 qolla Premyer Liqada bombardirdir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right