Klopp "Liverpul"dan ayrılır?

“Liverpul”un baş məşqçisi Yurgen Klopp “Bavariya”ya yollanacağı haqda dolaşan xəbərlərə aydınlıq gətirib. 

Newsport.az-ın məlumatına görə, hazırki komandası ilə 2022-ci ilə qədər müqaviləsi olan  Klopp "Liverpul"da xoşbəxt olduğunu bildirib: 

 “Bavariya” mənə maraq göstərsə belə, onlarla müqavilə bağlamağım çətin olar. Çünki, bu günə qədər heç bir klubu vaxtından əvvəl tərk etməmişəm. Mənim hələ irəlidə 4 illik müqaviləm var. Klub da mənimlə xoşbəxtdir".

Qeyd edək ki, Klopp “Liverpul”da 2015-ci ildən çalışır. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right