Arsen Venger "Arsenal"dan ayrılır

“Arsenal”ın baş məşqçisi Arsen Venger mövsümün sonunda komandanı tərk edəcəyini açıqlayıb. 

Newsport.az xəbər verir ki, bu haqda 68 yaşlı mütəxəssis özü klubun rəsmi saytına verdiyi müsahibəsi zamanı məlumat verib. 

Fransalı çalışdırıcı açıqlamasında bildirib ki, "mövsümün sonu “Arsenal”ı tərk edirəm. Bucür adlı-sanlı klubda uzun və yaddaqalan illər keçirmək fəxr idi və buna görə, azarkeşlərə və klubun bütün üzvlərinə təşəkkür edirəm".

Qeyd edək ki, Arsen Venger “Arsenal”ı 1996-cı ildən çalışdlrır. Onu rəhbərliyi altında London klubu üç dəfə İngiltərə çempionu, yeddi dəfə İngiltərə kuboku və superkubokunun qalibi olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right