Mançini İtaliya millisinə doğru

Roberto Mançini İtaliya millisinin baş məşqçisi olacaq.

Newsport.az xəbər verir ki, bu iddia ilə İtaliya mətbuatı çıxış edib. 53 yaşlı mütəxəssisin hazırda çalışdığı Rusiyanın “Zenit” klubunun mövsümün sonunda onunla yollarını ayırmağı planlaşdırdığı deyilir. Xəbərdə onun mayın 20-də “skuadra adzurra”nın “sükanı arxasına” keçəcəyi qeyd edilib. Mançininin İtaliya yığmasında baş məşqçi kimi ilk oyununun isə mayın 28-də keçirəcəyi vurğulanıb. Milli həmin tarixdə yoldaşlıq görüşündə Səudiyyə Ərəbistanı yığması ilə üz-üzə gələcək.

“Zenit” Rusiya Premyer Liqasının 26 turundan sonra 48 xalla 3-cü pillədə qərarlaşıb. Piterlilər lider Moskva “Lokomotiv”indən 8 xal geri qalır.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right