Türkiyə futbolunda növbəti biabırçılıq FOTOLAR

Türkiyə Kuboku yarımfinal mərhələsi çərçivəsində keçirilən "Fənərbağça" ilə "Beşiktaş" arasındakı cavab matçında xoşagəlməz hadisələr yaşanıb.

Newsport.az -ın məlumatına görə, matçın 57-ci dəqiqəsində yerli azarkeşlərlə mübahisə edən qonaq komandanın ehtiyat qapıçısı Tolqa Zəngini sakitləşdirməyə çalışan “Beşiktaş"ın baş məşqçisi Şenol Günəş yaralanıb.

Belə ki, azarkeşlərin atdığı yad əşyalardan biri onun başına dəyib. Nəticədə təcrübəli mütəxəssis yerə uzanıb. Başı yarılan çalışdırıcıya həkimlər 5 tikiş qoyublar. Daha sonra o, təcili yardımla xəstəxanaya aparılıb.

Oyunun gedişində başqa xoşagəlməz hallar da yaşanıb. Lakin məhz Şenol Günəşlə bağlı insidentdən sonra matçın baş hakimi Mete Kalkavan oyunu yarıda dayandırmalı olub.

Paltardəyişmə otağına yollanan iki klubun futbolçuları isə dəhlizdə əlbəyaxa davam ediblər. Onları polislər çətinliklə ayırıb.

“Fənər” futbolçuları 15 dəqiqədən çox rəqib komandanın oyunçularını meydanda gözləsələr də, onlar geri dönməyiblər.

Artıq matç rəsmən təxirə salınıb. Oyun dayandırılan vaxta qədər hesab 0:0 olub. İlk oyunda isə tərəflər 2:2 hesablı heç-heçəyə razılaşıblar.

 

 





 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right