"Bavariya" "Real"ı mübarizədən kənarlaşdıra bilər"

Çempionlar Liqasının yarım finalında "Real" ilə qarşılaşacaq "Bavariya" nın idarə heyətinin sədri Karl-Haynz Rummenige iddialı açıqlamalar edib.

Newsport.az -ın məlumatına görə, Madrid təmsilçisinin güclü olduğunu dilə gətirən klub rəsmisi bunları söyləyib:

"Real"ı mübarizədən kənarlaşdıra biləcək bir klub varsa, bu, "Bavariya"dır. Komandamızda çoxlu sayda keyfiyyətli futbolçu var. Yupp Haynkes yaxşı şəkildə komandanı formalaşdırıb. Qısqanclıq və ya paxıllıq hissi komandada yoxdur. Möhtəşəm bir kollektiv ruhu var".

Qeyd edək ki, cütün ilk oyunu aprelin 25-də Münhendə, cavab matçı mayın 1-i Madriddə baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right