Serxio Aquero üçün mövsüm bitdi

“Mançester Siti”nin hücumçusu Serxio Aquero ciddi zədə aldığı üçün mövsümü başa vurmalı olub. 

Newsport.az xəbər verir ki, "Mançester Yunayted"lə matçda zədələnən forvard əməliyyat olunub. Argentinalı oyunçu mövsümün digər matçlarında çıxış etməyəcək.

30 yaşlı hücumçunu həkimlər dünya çempionatına yetişdərəmə çalışacaqlar. Onun mundialda iştirak edəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, Serxio Aquero bu mövsüm Premyer Liqada 21 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right