Premyer Liqa klubuna transfer qadağası qoyulur?

"Mançester Siti"yə transfer qadağası qoyula bilər.

Newsport.az-ın məlumatına görə, buna səbəb "şəhərlilər"in Argentinanın "Veles Sarsfild" klubundan aldığı 16 yaşlı Bencamin Qarre ilə müqavilə bağlamasıdı.

Argentinalılar iddia edirlər ki, 18 yaşı tamam olmayan oyunçu ilə anlaşma imzalamaq qaydalara ziddi. Ancaq ingilis klubu buna görə narahat deyil. Çünki Qarre həm də İtaliya vətəndaşıdı.

UEFA-nın qaydalarına əsasən isə 16 yaşından 18 yaşına qədər olan futbolçular Avropa Birliyi və ya Avropa İqtisadi Zonasına daxil olan ölkələri təmsil edirlərsə, onlar bir klubdan başqasına keçə bilərlər. Bununla bağlı yekun qərar yaxın 7 gün ərzində veriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right