DÇ-2018-ə ən çox bilet alan ölkələrin adları açıqlanıb

FİFA DÇ-2018-in satışı ilə bağlı statistik məlumatları yayıb. 

Newsport.az qrumun rəsmi saytına istinadən xəbər verir ki, 1 698 049 nəfər futbol sevər oyunları izləmək üçün bilet əldə edib. Ən çox bilet əldə edən isə ev sahibləri olublar. Bu ana qədər ruslar mundial üçün 796 875 bilet alıblar. 

İlk “10-luq”da həmçinin ABŞ (80 161), Braziliya (65 863), Kolumbiya (60 199), Almaniya (55 136), Meksika (51 736), Argentina (44 882), Peru (38 544), Çin (36 841), Avstraliya (34 628) və İngiltərə (30 711) vətəndaşları yer alır.

Qeyd edək ki, sabah Bakı vaxtı ilə 13:00-dan etibarən dünya çempionatı üçün bilet satışının son mərhələsinə start veriləcək. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right