Bundesliqada maraqlı hadisə yaşanıb

Bundesliqanın 30-cu turunda maraqlı hadisə baş verib.

Newsport.az xəbər verir ki, "Mayns" - "Frayburq" qarşılaşmasında  (2:0) videotəkrardan sonra penalti təyin edilib. 45-ci dəqiqədə hakim Qvido Vinkman 1-ci hissəni bitirib. Komandalar soyunub-geyinmə otağına yollanıblar.

Lakin videoassistentlər referini mübahisəli epizoda baxmağa çağırıblar. Nəticədə baş hakim penalti təyin edib və komandaları geri qaytarıb.

Pablo de Blasis təyin ediıən penaltini dəqiq yerinə yetirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right