"Messinin dünya çempionatı üçün xeyli enerjisi və gücü var"

“Barselona”nın baş məşqçisi Ernesto Valverde “Selta” ilə oyundan əvvəl keçirilən mətbuat konfransında Lionel Messinin hazırlığı barədə danışıb.

Newsport.az-ın məlumatına görə, Valverde Messinin enerjisinin kifayət qədər olduğunu bildirib.

O, “Selta” ilə qarşılaşmada Leoya istirahət verə biləcəyinə də işarə edib: “Ola bilsin ki, sabah (bu gün) Messi istirahət etsin. Narahat olmağa heç bir əsas yoxdu. Bir neçə gün əvvəl o, əla oyun keçirib.

Argentinada da hamı sakitdi. Çünki Messinin dünya çempionatı üçün xeyli enerjisi və gücü var. Bu mövsüm “Selta” ilə üç dəfə qarşılaşmışıq. 

Onların əla komandası var və avrokuboklara vəsiqə uğrunda mübarizə aparırlar. Üç xal almağı planlaşdırırıq. Amma çətin olacağını da bilirik”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right