Futbol tarixində görünməmiş hadisə: fasilədə penalti təyin edildi

Almaniya Bundesliqasında 30-cu tur başa çatıb.

Newsport.az-ın məlumatına görə, hesabat turunun son matçında "Maynts" "Frayburq"u qəbul edib və 2:0 hesablı qələbə qazanıb.

Oyunun ilk hissəsində maraqlı anlar baş verib. İlk hissə başa çatmasından sonra komandalar paltardəyişmə otağına gedən zaman baş hakim Quido Uinkmann VAR-a baxaraq qonaqların qapısına penalti təyin edib. Bu səbəbdən "Frayburq" komandası "Manyts"lı futbolçuların meydana dönməsini gözləyiblər. Komandalar tam şəkildə meydana döndükdən sonra hesab açılıb.

Matça meydan sahiblərinin azarkeşləri də damğa vurmağı bacarıblar. Bazar ertəsinə salınan görüşə etiraz edən fanatlar, meydana tualet kağızları atıblar. Bunun üçün də oyun bir müddət dayanıb.

Bundesliqada "Bavariya" çempionluğunu rəsmiləşdirib. "Frayburq" və "Maynts" 30 xalla 15-16-cı yerləri bölüşürlər.

“Maynz” – “Frayburq” - 2:0

Qollar: De Blassis, 45, 79

 

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right