"Borussiya"nın ulduzu mövsümü başa vurdu: mundialdan kənar qala bilər

"Borussiya"nın heyətində ciddi itki baş verib.

Newsport.az-ın məlumatına görə, Dortmund klubunun futbolçusu Mişi Batşuayi sıradan çıxıb. Almaniya Bundesliqasının 30-cu turunda "Şalke" ilə qarşılaşmada zədələnən (0:2) belçikalı hücumçunun durumu ciddidi. Klubun yaydığı açıqlamada qeyd olunur ki, ayağından zədə alan futbolçu mövsümü erkən başa vurmalı olub. Batşuayi zədə səbəbindən milli komandasına dünya çempionatında kömək etməyə bilər.

Qeyd edək ki, Batşuayi "Borussiya"ya qış fasiləsində "Çelsi"dən transfer olub. 24 yaşlı futbolçu dortmundluların heyətində meydana çıxdığı 10 matçda 7 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right