Rövlandan qol ötürmələri, "Slaviya"dan darmadağın

Futbol üzrə Çexiya gənclər liqasında pley-off mərhələsinin ikinci turunun oyunlarına start verilib.

Newsport.az-ın məlumatına görə, 21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Rövlan Muradovun çıxış etdiyi "Slaviya" klubu doğma meydan matçına çıxıb. 

Praqa təmsilçisi öz meydanında "Siqma"nı qəbul edib. Görüş meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə başa çatıb. Millimizin futbolçusu bu görüşün iştirakçısı olub və 90 dəqiqə mübarizə aparıb. Özünü ən yaxşı tərəfdən göstərməyi bacaran "Qəbələ Futbol Akademiyası"nın yetirməsi komandasının ikinci və sonuncu qolunun ötürməsini verib.

Qeyd edək ki, Rövlan Muradov ötən tur "Bohemians"la görüşdə iki qolla yadda qalıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right