Araz Abdullayev gecə klubunda yaxalandı

Kiprin "Anortosis" klubunda çıxış edən milli komandamızın üzvü Araz Abdullayev gecə klubunda görünüb.

Newsport.az-ın məlumatına görə, Abdullayev ölkə çempionatının 32-ci turunda AEK-lə 1:1 hesablı heç-heçə etdikləri görüşdən sonra əylənməyə gedib. O, komanda yoldaşları - Daniyel Pranyiç, Ruben Rayo və Qordon Şildenfeldlə birgə olub. Şildenfeld şəxsi "İnstaqram" hesabından diskotekadan video paylaşıb.

Azarkeşlər futbolçuların heç-heçə etdiyi görüşdən sonra əylənməsinə kəskin şəkildə etiraz ediblər.

Qeyd edək ki, Araz müqavilə ilə "Qəbələ"yə məxsusdur.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right