Klublararası DÇ-nin formatı dəyişir - 4 ildən bir, 31 oyun...

FİFA klublararsı dünya çempionatının formatını dəyişəcək.

Newsport.az-ın məlumatına görə, bu barədə məlumatı FİFA-nın prezidenti Canni İnfantino verib.

O bildirib ki, format dəyişkliyi 2021-ci ildən sonra baş verəcək. İlkin məlumata görə, format dəyişikliyindən sonra klublararası dünya çempionatı hər il yox, dörd ildən bir keçiriləcək və 31 oyundan ibarət olacaq.

FİFA bu turnirdən 650 milyondan 1 milyarda qədər gəlir götürməyi planlaşdırır. Turnirdə Çempionlar Liqasının və Avropa Liqasının son 4 ilinin qalibləri iştirak edəcək.

Cənubi Amerikadan 4 və ya 5, Asiya, Afrika və KONKAKAF-dan 2, Okeaniya zonasından isə 1 komandanın dəvət edilməsi planlaşdırılır. Turnirin gəlirlərinin 75 faizi iştirakçılar arasında bölünəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right